Korporativ Məsuliyyət

“BERC GROUP” un məqsədi və bizim bir təşkilat kimi mövcud olmağımızın səbəbi daha yaxşı iş dünyası yaratmaqdır. Biz inanırıq ki, maliyyə bazarlarına inam yaradaraq, müştərilərə onların ən çətin problemlərini həll etməkdə kömək edərək, öz işimizi dəyərlərimizə və əməkdaşlarımıza müstəsna imkanlar yaradaraq biz bu istiqamətdə xeyli məsafə qət etmiş oluruq. Bu bizim kim olduğumuzun və gündəlik olaraq nə etdiyimizin əsasında dayanır.

Ancaq daha yaxşı iş dünyası yaratmaq bizim gündəlik işlərimizdən daha böyük məsələdir. Biz bu gün ətrafa baxanda bir çox ictimai problemlər, artan qeyri-bərabərlik, işsizlik, gənc nəsil üçün imkanların olmaması və ictimai müəssisələrə olan inamsızlıq görürük.

BERC GROUP olaraq biz öz üzərimizdə məsuliyyət hiss edirik ki, bu problemlərin həllində iştirak edək və iş dünyasının həllin bir hissəsi olduğunu göstərək. Ona görə də biz özümüzdən soruşuruq, biz nə edə bilərik ki, qlobal iqtisadiyyatı daha ədalətli, davamlı və inklüziv edə bilək? Biz bu gün nə edə bilərik ki, sabah insanların həyatı müsbətə doğru dəyişsin?

İnanırıq ki cavab, bizim öz işimizdə hər gün istifadə etdiyimiz bilik və təcrübəni cəmiyyətimizdəki insanların həyatında ən çox fayda verə biləcəyimiz sahələrə tətbiq etməkdir. Bizim üçün bu hər şeydən əvvəl iki şey deməkdir:

İnklüziv inkişafa nail olmaq – biznesi cəmiyyətin ən çətin problemlərinin həllinin mərkəzinə qoyacaq yanaşmaları tapmaq.

Gələcək nəsilə dəstək olmaq – gənclərə müasir iş dünyasında uğur qazanmağa kömək etmək.

Biznes cəmiyyətin problemlərinin həllində əsas rola malikdir. Bu sahələr vasitəsi ilə və hər gördüyümüz işdə davamlı biznes prinsiplərini dəstəkləyərək və irəlilədərək BERC GROUP öz üzərinə düşəni edəcəkdir.