“ BERC Group”  yeni əməkdaşlığa başladı

27/12/2022 11:14
“ BERC Group”  yeni əməkdaşlığa başladı

“Dövlət Məşğulluq Agentliyi” və “ BERC Group” şirkəti ixtisaslaşma yönümlü layihəyə başlamışdır. Layihənin məqsədi mühasibat və insan resursları sahəsində ixtisaslaşmaq istəyən şəxslərə nəzəri və praktik biliklərin verilməsi və işlə təmin olunma dəstəyi verməkdir. Əməkdaşlıq çərçivəsində “BERC Group” şirkətində mühasib, əməliyyatçı-mühasib və insan resursları üzrə mütəxəssis vəzifəsinə ödənişsiz peşə hazırlıq kursları təşkil olunacaqdır. Nəzərinizə çatdıraq ki ,bu kurslar “Dövlət Məşğulluq Agentliyi”nin vəsaiti hesabına 3 ay ərzində keçiriləcək və iştirakçılara minimum əməkhaqqı məbləğində təqaüd təyin olunacaqdır. Kursu müvəfəqiyyətlə bitirənlərə “BERC Group” şirkəti tərəfindən sertifikat və işlə təmin olunmaları üçün təminat veriləcək