Şirkət rəhbərinin müraciəti
BERC GROUP sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərin biznes fəaliyyətlərinin həyata keçirilməsində effektivliyin artırılmasına yönələn məsləhətlərin verilməsi məqsədi ilə yaradılmışdır.
Şirkət maliyyə, gömrük, logistika, hüquq, ticarət, IT, təlim və SMM sahəsində öz xidmətlərini təqdim etməkdədir.
Şirkət sahibkarlara dünyanın müxtəlif yerlərində ticarət əlaqələrinin yaradılmasında, idxal-ixrac əməliyyatlarının aparılmasında, mövcud maliyyə münasibətlərində effektivliyin artırılmasında, habelə hüquqi münasibətlərin tənzimlənməsində yaxından köməklik göstərir.
Şirkətin prioritet istiqamətlərindən biri də insan resursları sahəsində atdığı addımlardır. Belə ki, şirkətimizə gənc istedadlı kadrların cəlb edilməsi və onların öyrədilməsi qarşıya qoyulan məqsədlərdən biri kimi həm sosial rifahın yaxşılaşdırılmasına, həm də gənc kadrların yeni iş yerləri ilə təmininə imkan yaratmaqdadır.
Professional kadr heyətimizlə dəyərli müştərilərimizin hər zaman yanında olmaq bizi gün keçdikdə daha da ruhlandırır. Xidmətimizlə hər kəsə töhfə vermək bizim əsas amalımızdır. Bunu davam etdirməyə komanda olaraq söz veririk: “İşiniz bizim işimiz!”.